17 Fevral 2023 23:18
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dan göndərilmiş humanitar yardımları daşıyan təyyarəni Adana hava limanında Amerikanın Türkiyədəki səfiri Cefri Fleyk türk xalqına başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, səfir dünyanın hər yerindən gələn yardımların çoxluğundan ruhlandıqlarını deyib.

“Senat və Konqresdəki dostlarımla söhbət edərkən Türkiyənin beş qitədə baş verən fəlakətlər zamanı insanlara kömək etməsindən danışdım. Yəni Türkiyə haqqını çoxdan ödəyib, indi borcumuzu ödəmək vaxtıdır. Amerika xalqı tərəfindən göndərilən yardımı daşıyan bu böyük təyyarələrin gəlib getdiyini görmək həqiqətən ruhlandırıcıdır”, - Fkeyk bildirib.

Səfir ABŞ-ın türk xalqına kömək etmək üçün lazım olduğu qədər burada qalmağa hazır olduğunu vurğulayıb: “Türkiyə ilə tərəfdaş olmaqdan məmnunuq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər