17 Fevral 2023 20:26
292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Kəraçi şəhərində 8-10 silahlı şəxs Kəraçi Polis İdarəsinə hücum edib.

Teleqraf.com xəbər verir ki, Kəraçi polis rəisi Cavid Alem Odho atışmanı təsdiqləyib və bir polisin yaralandığını bildirib.

Səlahiyyətlilər hücum edənlərlə polis arasında qarşıdurmaların davam etdiyini bildirib.

Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər