18 Fevral 2023 02:00
1 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəlzələdən zərərçəkən 10 əyalətdə məskunlaşma sahələri təyin olundu. Bütün komandalarımız bu ərazilər üzrə ətraflı geoloji tədqiqat hesabatları hazırlayır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tikiləcək yaşayış binaları 3-4 mərtəbədən artıq olmayacaq.

“Mart ayında evlərin tikintisinə başlamağı planlaşdırırıq”, - deyə nazir əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər