Xilasedicilər Tacikistanda qar uçqunu nəticəsində daha bir qurbanın cəsədini tapıblar. Bununla da, fəlakət nəticəsində ölənlərin ümumi sayı 18-ə çatıb.
Teleqraf.com xəbər verir ki, Respublikanın Xoroq şəhərində (Dağlıq Bədəxşan Muxtar Vilayəti) qarın altından tapılan cəsəd yerli universitetin iki qız tələbəsindən biridir.
Ölkənin xilasetmə idarəsi isə vətəndaşları yaxın üç gün ərzində, fevralın 19-dək yeni uçqunun ola biləcəyi barədə xəbərdar edib. Xilasedicilər əhalini bu günlərdə dağlarda gəzintidən, ovdan, balıq tutmaqdan və mal-qara otarmaqdan imtina etməyə çağırıblar.
Qeyd edək ki, çərşənbə günü Tacikistanın Dağlıq Bədəxşan vilayətində və Varzob rayonunda bir neçə qar uçqunu baş verib.