Ötən gün hava hücumundan müdafiə qüvvələri rusların 6 pilotsuz uçuş aparatını (PUA) vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Məlumata görə, Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin cəmləşdiyi ərazilərə 5, həmçinin zenit-raket kompleksinin mövqeyinə bir zərbə endirib:
"Bundan əlavə, hava hücumundan müdafiə qüvvələri düşmənin 6 PUA-nı məhv edib. İlkin məlumata görə, söhbət “Lancet” tipli beş PUA və bir “Zala”dan gedir. Raket və artilleriya bölmələri eyni vaxtda düşmənin 3 canlı qüvvəsinin cəmləşdiyi ərazini və atəş mövqeyində olan S-300 zenit-raket kompleksinin mövqeyini vurub”.