Ukrayna ilə müharibədə “Vaqner” özəl hərbi şirkəti 30 mindən çox muzdlu itirib.
Teleqraf.com xəbər verir ki, bu statistikanı Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Con Kirbi verib.
Onun sözlərinə görə, dekabrın ortalarından indiyədək 4 mindən çox “Vaqner” döyüşçüsü həlak olub ki, onların təxminən 90%-i işə götürülən məhbuslardır:
“Onlar işə qəbul olunan məhkumlardır və "yem" kimi istifadə olunur, ətçəkən maşına atırlar... Priqojin onları sadəcə olaraq həbsxanadan qoparıb döyüş meydanına atıb, heç bir təlim keçirməyib, təşkilati komanda yoxdur, sadəcə döyüşə atılıblar”.
Bundan əlavə, Ağ Evin nümayəndəsi Vaqnerin Baxmut uğrunda döyüşlərdə böyük itkilər verdiyini bəyan edib. Döyüşlər son bir neçə gündə intensivləşdikdən sonra Rusiya Federasiyası Baxmut və onun ətrafında tədricən uğur əldə edib.
Bununla yanaşı, Kirbi qeyd edib ki, ABŞ Rusiyanın şəhərə soxula bilməyəcəyini proqnozlaşdıra bilməz.