Ukraynanın qərb, mərkəzi və cənub vilayətlərində hava həyəcanı elan edilib.
Teleqraf.com xəbər verir ki, həyəcan siqnalının elanından az sonra Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim Qara dənizdən hərəkətə keçildiyini deyib.
O bildirib ki, naməlum 2 hədəf qərbə doğru uçur: "Qara dənizdən buraxılışlar təsdiqlənib".
Xarkov hərbi qarnizonunun rəisi Sergey Melnik Feodosiya bölgəsindən 6 ədəd “Kalibr” raketinin buraxıldığını açıqlayıb. O, həmçinin raketlərin qərb istiqamətində uçduğunu bildirib.
Prezident Aparatının rəhbəri Andriy Yermak da təhlükə barədə xəbərdarlıq edib.
Xəbərdarlığı Lvov vilayətinin rəhbəri Maksim Kozitski də dərc edib: “Lvov vilayətinin sakinləri, sığınacağa gedin”.
Sosial şəbəkələrdə Kiyev vilayətində hava hücumundan müdafiənin səsləri ilə bağlı mesajlar da var. Hələlik rəsmi təsdiq yoxdur.