19 Fevral 2023 17:09
1 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Finlandiya İsveçlə birlikdə NATO-ya üzv olmağa çalışacaq. Bununla belə, Türkiyə hökuməti İsveçin alyansa üzvlük prosesini gecikdirərsə, Finlandiya NATO-ya təkbaşına daxil olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Finlandiya müdafiə naziri Mikko Savola deyib.

“Birlikdə qoşulmağa çalışacağıq. İsveç bizim ən yaxın tərəfdaşımızdır. Demək olar ki, hər həftə müdafiə qüvvələrimiz birgə təlimlər keçirir və sair. Bu, çox dərin əməkdaşlıqdır, biz bir-birimizə tam etibar edirik. Amma indi hər şey Türkiyənin əlindədir”, - nazir bildirib

Finlandiya Baş naziri Sanna Marin də qeyd edib ki, ölkəsi İsveçlə birlikdə NATO-ya daxil olmağa üstünlük verir, amma alyansa müraciətlərinin ratifikasiya prosesinə təsir göstərə bilmirlər.

Finlandiya Prezidenti Sauli Ninistö isə deyib ki, Türkiyə Finlandiyanın ölkəsinin üzvlüyünə razı olsa da, İsveç olmasa, çətin vəziyyət yaradacaq.

NATO rəsmiləri də iki ölkənin eyni vaxtda üzv olmasının önəmini azaldıblar.

NATO baş katibi Yens Stoltenberqin məsələ ilə əlaqədar son açıqlaması belə olub: “Əsas məsələ Finlandiya və İsveçin eyni vaxtda qoşulub-qoşulmayacağı deyil. Əsas məsələ Finlandiya və İsveçin bir an əvvəl üzv olmasıdır. Əlbəttə, hər iki müraciəti, yoxsa birini ratifikasiya etmək Türkiyənin öz qərarıdır”.

Türkiyə ilə yanaşı, Macarıstan da İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini ratifikasiya etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər