“The Times” qəzeti Almaniya kanslerini “Avropa sabitliyinin qorunmasında oynadığı mərkəzi rola görə” “İlin adamı” seçib.
Teleqraf.com xəbər verir ki, Merkel özünü "Soyuq müharibə"dən bəri Şərq və Qərb arasında ən təhlükəli geosiyasi böhran zamanı "əvəzsiz vasitəçi" kimi də göstərib. Daha öncə isə Böyük Britaniyanın digər nəşri "The Guardian"da Merkelin "Rus ayısı"nı sakitləşdirdiyi və Avropanı birləşdirdiyi vurğulanıb.
Bundan başqa, xəbər verildiyi kimi "The Times"-ın versiyasına görə "İlin adamı" adının Ebola ilə mübarizə aparanlara veriləcəyi bildirilmişdi. Nominantların siyahısına Rusiya prezidenti Vladimir Putin də daxil idi. Həmçinin siyahıda İraq Kürdüstanının lideri Masud Barzani, Alibab Group şirkətinin təsisçisi Cek Ma, Apple şirkətinin rəhbəri Tim Kuk, ABŞ Milli futbol liqasının komissarı Rocer Qudill və amerikalı aktrisa və müğənni Teylor Svift daxil idilər. İki kollektiv nominant - Ebola ilə mübarizə aparanlar və Ferqüsonda etiraz edənlərin namizədliyi irəli sürülmüşdü.
Rüstəm