26 Dekabr 2014 13:16
3 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada İŞİD həyəcanı

“İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Rusiya sərhədlərinə yaxınlaşmaqdadır”.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, İŞİD döyüşçüləri Orta Asiya ölkələri ilə hərəkət edərək, Rusiya sərhədində görünəcək.

Lavrov Rusiyanın bu vəziyyətə hazır olacağını qeyd edib.

İŞİD-in artıq Liviyada mövkəmlənmək istədiyini söyləyən Lavrov tez bir zamanda buna son qoyulmasının vacibliyini vurğulayıb. O deyib ki, müvafiq beynəlxalq qurumlar İŞİD-in əlindəki silahlarla bağlı ölçü götürməlidir.

Samir


Müəllif:

Oxşar xəbərlər