19 Fevral 2023 21:19
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Hoysgen konfransı bağlı elan edib.

Teleqraf.com xəbər verir ki, yekun nitqində o, Avropa və Almaniyanı müdafiə xərclərini artırmağa, Ukraynaya dəstəyi genişləndirməyə çağırıb və hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsində Beynəlxalq Cinayət Məhkəməsinin rolunun artırılmasını vacib hesab edib.

Eyni zamanda Hoysgen ABŞ və Çinin xarici işlər nazirləri Entoni Blinken və Vanq Yinin konfrans çərçivəsində görüşünü yüksək qiymətləndirib və dünyanın növbəti münaqişəyə ehtiyacı olmadığını vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər