19 Fevral 2023 23:29
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ilin noyabrında vəfat edən Belarus xarici işlər naziri Vladimir Makeyin ölümünün səbəbi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, nazirin intihar etdiyi ehtimal olunur.

Bildirilir ki, Makeyi intihar etmək qərarına bir sıra amillər sövq edə bilərdi: Belarusun əsas diplomatı kimi müəyyən etdiyi siyasi kursun iflası fonunda karyerasındakı problemlər və Lukaşenkonun onu vəzifədən uzaqlaşdırmaq niyyəti, eləcə də ailədəki şəxsi problemləri.

Məlumata görə, Makeyinin dostları deyirlər ki, o, rəhbərlik etdiyi kursun uğursuzluğundan çox narahat olub. O, tezliklə yüksək siyasi mövqeyini itirəcəyini başa düşürdü və başqa perspektiv görmürdü.

Qeyd olunur ki, Makeyin xanımı ilə də münasibətləri yaxşı olmayıb.

Xatırladaq ki, Belarusun xarici işlər naziri Vladimir Makey 2022-ci il noyabrın 26-da 64 yaşında vəfat edib. O, Drozdıdakı evində tapılıb. Mətbuat onun infarktdan ölə biləcəyini yazıb.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Makey zəhərlənərək ölə bilərdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər