Zəlzələ bölgəsindəki əyalətlərdə 927 min binanın araşdırılması yekunlaşıb. 118 min bina çöküb və ya ciddi ziyan görüb.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib:
“Zəlzələ bölgəsində gördüyümüz işlər çərçivəsində indiyədək 3 milyon 520 min müstəqil hissədən ibarət 927 min binanın təftişi başa çatıb. Bu çərçivədə, 118 min binada ciddi zədələnmə müəyyən etdik. Qaziantep boyu 37 min müstəqil hissədən ibarət 16 min binanın söküldüyünü, dərhal sökülməsini və ciddi ziyan gördüyü araşdıırılıb”.