20 Fevral 2023 10:17
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya tarixinin ən dağıdıcı zəlzələlərindən birinin baş verdiyi Türkiyədə təbii fəlakətin aradan qaldırılması üçün işlər davam edir. Azərbaycan daxil olmqla, bir çox ölkə Türkiyəyə kömək əlini uzadır, dünya mətbuatı bölgədən hər gün xəbərlər yayır.

Teleqraf.com xəbər verir ki, zəlzələ nəticəsində ölü sayı 41 mini keçib.

Hatay Bələdiyyə sədri Lütfü Atəş xarici mətbuata Hatayda 21 min adamın həyatını itirdiyini açıqlayıb.

Qeyd edək ki, bu rəqəm ümumilikdə Türkiyədə zəlzələ nəticəsində vəfat edənlərin ümumi sayının yarısı deməkdir.


Müəllif: Nemət

Oxşar xəbərlər