Ukrayna müdafiəçiləri Xarkov, Luqansk və Donetsk vilayətlərinin 7 yaşayış məntəqəsində rus işğalçılarının hücumlarını dəf ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində bildirilib.
Qeyd olunur ki, ruslar əsas səylərini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Şaxtyorski istiqamətlərində hücum əməliyyatları keçirmək cəhdlərinə cəmləşdirirlər:
“Son 24 saat ərzində Müdafiə Qüvvələrinin bölmələri Xarkov vilayətinin Qryanikovka, Luqansk vilayətinin Beloqorovka, Donetsk vilayətinin Vasyukovka, Dubovo-Vasilyevka, Berxovka, Baxmut və İvanovskoye yaşayış məntəqələri ərazilərində işğalçıların hücumlarını dəf edib.
Volın, Polesski, Severski və Slobojanski istiqamətlərində rusların hücum qruplarının formalaşması əlamətlərinə rast gəlinməyib. Ötən gün ərzində Çerniqov vilayətinin Karpoviç, Timonoviç, Yanjulovka yaşayış məntəqələrinin əraziləri düşmən atəşinə məruz qalıb.
Kupyanski və Limanski istiqamətlərində Rusiya Xarkov vilayətinin Kamenka, Kolodeznoye, Dvureçnaya, Qryanikovka, Kupyansk, Berestovoe, Perşotravnevo yaşayış məntəqələrini atəşə tutub.
Eyni zamanda Baxmut istiqamətində Vasyukovka, Berxovka, Baxmut, İvanovskoye, Belaya Qora, Aleksandro-Şultino, Kurdyumovka, Ozaryanovka, Mayorsk və Nyu-York atəşə tutulub. Bundan əlavə, Rusiya Federasiyası Baxmut bölgəsinə zərbə endirmək üçün aviasiyasından istifadə edib.
Xerson istiqamətində rus cinayətkarları Xerson vilayətində Xerson, Burgunka, Tyaginka, Antonovka, həmçinin Nikolayev vilayətində Oçakov şəhərlərini atəşə tutublar".