Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar qarşısında Çinin Moskvaya yardım etməsi narahatlıqlara səbəb olub. Çinin Rusiya ilə ticarət əlaqələri inkişaf etməkdə davam edir. Onlar bu gün Rusiyanın ən böyük neft, qaz və kömür bazarlarından biridir.
Teleqraf.com xəbər verir ki, ABŞ da daxil olmaqla bir çox NATO ölkələri Ukraynaya tanklar da daxil olmaqla silah və sursat dəstəyi verir.
ABŞ dövlət katibi Antoni Blinken məsələ ilə bağlı bəyan edib ki, Pekinin Rusiya-Ukrayna savaşında Moskvaya dəstək verməsindən ciddi narahatdırlar.
Çinin xarici işlər naziri Vanq Yi vəziyyəti daha də gərginləşdirmək istəmədiklərini, sülh və dialoq çağırışlarını davam etdirdiklərini qeyd edib:
“Mən hamıya, xüsusən də Avropadakı dostlara bu müharibəni dayandırmaq üçün hansı səylərin göstərilə biləcəyi barədə sakitcə düşünməyə başlamalarını təklif edirəm. Görünür, danışıqların uğur qazanmasını istəməyən bəzi qüvvələr var”.