20 Fevral 2023 13:31
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə dialoq qapısını açıq saxlaması ilə bağlı bəyanatını dəyərləndirib.

Teleqraf.com xəbər verir ki, Zelenski Makronun yeni dialoq təşəbbüsünü faydasız adlandırıb.

“Bu, faydasız bir dialoq olacaq, əslində Makron vaxtını itirir”, - Zelenski bildirib.

Rusiya ilə dialoqun vaxt itkisi olduğunu deyən Zelenski qeyd edib: “Rusiyanın münasibətini dəyişdirə bilməyəcəyimiz qənaətinə gəldim. Əgər onlar keçmiş Sovet imperiyasını bərpa etmək arzusu ilə özlərini təcrid etmək qərarına gəliblərsə, biz buna kömək edə bilmərik. Beynəlxalq ictimaiyyətlə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edib-etməmək onların öz işidir. İqtisadi sanksiyalar tətbiq olunanda bizi Rusiyanı təcrid etməkdə ittiham edənlər oldu, amma bu, həqiqət deyildi. Bu, Putini marginallaşdıran müharibəyə başlamaq qərarı idi”.


Müəllif: Nemət