Baydenin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan ABŞ Prezidentinin Ukraynaya səfəri ilə bağlı ciddi işlər görüb və o da bu gün Kiyevə səfər edən heyətlə birlikdə olub.
Teleqraf.com xatırladır ki, Amerika nümayəndə heyəti Kiyevə gəlib. ABŞ prezidenti Co Bayden Vladimir Zelenski ilə görüşüb.
Ukrayna Prezident Aparatının rəhbəri, Rusiyaya qarşı əsas fiqurlardan sayılan Andrey Yermak Baydenin milli təhlükəsizlik müşaviri Cek Sallivanla görüşüb. Zelenskinin nümayəndəsi müvafiq fotoları öz Teleqram kanalında yayımlayıb.
“Mən Baydenin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivana təşəkkür etmək istəyirəm, o cümlədən səfər məsələsi ilə bağlı. Ceklə həmişə güclü nəticə verən konstruktiv əməkdaşlıqdan çox məmnunam”, - Yermak yazıb.
Yermak Baydenin səfərini strateji adlandıraraq deyib ki, bundan sonra bir çox məsələlər sürətləndiriləcək.