20 Fevral 2023 20:12
2 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya səfəri ərəfəsində ABŞ Prezidenti Co Baydenə həmkarı Vladimir Zelenski ilə görüşə biləcəyi bir neçə variant təklif olunub. Təkliflər arasında Polşa-Ukrayna sərhədi və Lvov şəhəri yer alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Rolling Stone” nəşrinə Ağ Evin adı açıqlanmayan yüksək rütbəli rəsmisi məlumat verib.

“Təkliflərdən biri Bayden və Zelenskinin Polşa-Ukrayna sərhədində naməlum məkanda görüşməsi ilə bağlı olub. Digəri, Ukraynanın qərbində, genişmiqyaslı müharibə başlayandan bəri bir neçə dəfə Rusiya hava hücumlarına məruz qalan, amma nisbətən təhlükəsiz olaraq qalan Lvov şəhəridir”, - məlumatda deyilir.

ABŞ rəsmisi bildirib ki, Bayden paytaxt Kiyevi seçib. Onun sözlərinə görə, bu şəhər Rusiya qüvvələrinin keçən il genişmiqyaslı müharibənin başlanğıcında onu ələ keçirməyə cəhd etməsindən sonra Ukraynanın qətiyyətinin simvoluna çevrilib.

ABŞ prezidenti Ukraynaya bu gün səfər edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər