Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 2024-cü il fevralın 24-dək uzadılması qərarını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, Aİ Şurasının müvafiq qərarı “Avropa İttifaqının rəsmi jurnalında” dərc edilib.
“Məhdudlaşdırıcı tədbirlər 24 fevral 2024-cü ilə qədər uzadılmalıdır", - deyə qərarda bildirilir.
Qeyd edilir ki, qərar "Avropa İttifaqının rəsmi jurnalında" dərc edildiyi gündən bir gün sonra qüvvəyə minir.
Hazırda Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısına 1 386 fiziki şəxs və 171 şirkət daxildir.