21 Fevral 2023 09:20
1 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Hatayda baş verən növbəti zəlzələ zamanı Türkiyə müdafiə naziri Hulusi Akar və səhiyyə naziri Fəxrəddin Qoca bölgədə imiş.

Teleraf.com xəbər verir ki, zəlzələ zamanı nazirlər Fövqəlda Hallar Agentliyinin (AFAD) Koordinasiya Mərkəzində görüşdə olub.

Qeyd edək ki, Hatayın Defne rayonunda 6,4 bal gücündə iki, daha sonra Samandağ rayonunda 5,8 bal gücündə iki zəlzələ baş verib.

Müdafiə naziri Akar, səhiyyə naziri Qoca və Baş qərargah rəisi, ordu generalı Yaşar Gülər ​​zəlzələ zamanı görüşdə iştirak edirlərmiş. Zəlzələdən sonra binadan çıxan nazirlər Akar və Koca bir müddət bağçada gözləyiblər.

Görüşdə Baş Qərargah rəisi general Gülər, Hatay valisi Rəhmi Doğan və digər rəsmi şəxslər də iştirak edib.


Müəllif: Nemət

Oxşar xəbərlər