21 Fevral 2023 10:00
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı həyata keçirilməsi planlaşdırılan onuncu sanksiya paketini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, sanksiyaların Rusiyaya bu dəfə daha çox təsir edəcəyi güman olunur.

“Vladimir Putin təkcə ukraynalılara etdiklərinə, həm də dünyada bu qədər problemə səbəb olduğuna görə günahkardır. Bu həftə biz bu təcavüzə cavab verməyə diqqət yetirəcəyik”, - Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozef Borrell deyib.

Sanksiyaların indiyədək işə yarayıb-yaramadığı müzakirə olunsa da, Borrell onların öz təsirini göstərdiyinə inanır. Borrell bildirib ki, sanksiyalardan sonra Rusiyanın dövlət kəsiri 14 dəfə artıb, ticarət kəsiri xeyli artıb, yanacaqdan gələn gəlirlər yarıbayarı azalıb:

"Üzv dövlətlər fevralın 24-dən əvvəl razılığa gəldikdən sonra rəsmən elan ediləcək yeni sanksiyalar paketinin kritik texnoloji və sənaye məhsullarına ixrac qadağalarına diqqət yetirəcəyi gözlənilir. Putinin müharibədə faydalana biləcəyi hərbi-mülki istifadəyə icazə verən məhsulların qadağan edilməsi də paketdəki maddələr arasında olacaq".

Paketin Rusiya iqtisadiyyatına 11 milyard avro mənfi təsir göstərəcəyi hesablanır.


Müəllif: Nemət

Oxşar xəbərlər