“Vladimir Zelenski əsl məhvetmə alətidir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın “Fox News” telekanalının aparıcısı Taker Karlson deyib.
Aparıcı ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfərini tənqid edərək, bunu Rusiya lideri Vladimir Putinlə müharibə istəyi kimi qiymətləndirib. O qeyd edib ki, belə addımlar Qərb ölkələrinin məhvinə gətirib çıxara bilər, xüsusən də Rusiya və Çinin səyləri birləşdirilərsə.
Karlson Ukrayna Prezidenti Vladimir Zelenskinin özünün Rusiya və Çin birləşəcəyi zaman dünya müharibəsinin başlayacağına inanmasına diqqət çəkib.
“Kim belə bir şeyi əminliklə deyə bilər? Bunun nəticəsində, Zelenskinin özünə görə, yüz milyonlarla insan öləcək. Bir önəmi yoxdur. Kaş Krımı alsaq... Bu, çox qaranlıq düşüncə tərzidir”, aparıcı bildirib.
Jurnalist Zelenskini “çox qaranlıq qüvvə və məhvedici” adlandırıb:
“Ölkəsində xristian inancını qadağan, rahibələri və keşişləri həbs etdi. Çak Şumerdən tutmuş Mitç Makkonnellə qədər liderlərimiz “Amma o, qəhrəmandır” deyirlər. Xeyr, Zelenski qəhrəman deyil. O, əsl məhvetmə alətidir”, - Karlson söyləyib.