“Vilayət Xorasan”ın (“İslam Dövləti” terror təşkilatının qolu) “yatmış” hücrələri Türkiyə dövlətinin təhlükəsizliyini təhdid edir.
Teleqraf.com xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) səlahiyyətli zabiti RİA Novostiyə bildirib.
Məlumata görə, Suriya-İraq zonasında hərbi məğlubiyyət fonunda “İslam Dövləti” qüvvələrini digər bölgələrə, xüsusən də Əfqanıstana köçürür:
"Münaqişə zonalarının, o cümlədən Mərkəzi Asiyanın qızışdırılmasında maraqlı olan amerikalılar öz geosiyasi məqsədlərinə çatmaq üçün terrorçulardan fəal istifadə edirlər. Vilayətin hücumlarını həyata keçirmək üçün Mərkəzi Asiya regionu ölkələrindən olan yerlilər kütləvi şəkildə hərbi xidmətə cəlb olunurlar. Onların Əfqanıstana köçürülməsi əsasən qeyri-rəsmi nəqliyyat qovşağı kimi çıxış edən Türkiyə vasitəsilə həyata keçirilir. Üstəlik, bu ölkədə “yatmış” cihadçı hücrələr yaradılır, nəticədə Türkiyənin özünün təhlükəsizliyi təhdid altına düşür.
Rusiya FSB-nin Mərkəzi Asiya ölkələrindən olan xarici tərəfdaşları ilə konstruktiv qarşılıqlı fəaliyyəti terrorçuların plan və niyyətlərini vaxtında aşkarlamağa, onların cinayətkar fəaliyyətlərini dayandırmağa imkan verir".