Suriyanın ermənilərin məskunlaşdığı Kessab şəhərində yerləşən Astvatsatsin kilsəsi fevralın 20-də baş verən zəlzələ nəticəsində yenidən dağılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
“Təkan güclü idi, insanlar küçələrə və ya maşınlarına qaçaraq mənzillərini tərk edirdilər. Fevralın 6-da baş verən zəlzələdən ziyan çəkən Astvatsatsin kilsəsi yenidən dağılıb”, - qəzet bildirib.
Xatırladaq ki, Türkiyənin Fövqəladə Hallar İdarəsi ölkənin cənub-şərqində 17 dəqiqəlik fərqlə 6,4 və 5,8 bal gücündə iki yeni zəlzələ barədə məlumat verib. Yeraltı təkanlar Misir, İsrail, Kipr, Livan, Suriyada da hiss olunub.