Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Co Baydenin Ukraynanın paytaxtı Kiyevə səfərini tamaşa adlandırıb.
Teleqraf.com xəbər verir ki, o, Ukraynaya yeni hərbi yardım paketini də eyni formada qiymətləndirib.
Xatırladaq ki, Bayden fevralın 20-də Kiyevə gələrək Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Bayden hazırda Polşada rəsmi səfərdədir. Yaxın bir saatda o, Ukraynadakı vəziyyətlə bağlı xüsusi çıxış etməlidir.