Üçüncü Dünya Müharibəsi heç vaxt bu qədər yaxın olmayıb.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
Donald Trampın rəsmi saytı “Prezident Tramp sonsuz savaşların arxasına düşən müharibə qızışdırıcılarını və qlobalistləri atəşə tutacaq” başlıqlı video yayımlayıb.
Üçüncü Dünya Müharibəsinin heç vaxt bu qədər yaxın olmadığını ifadə edən Tramp Müdafiə Nazirliyində (Pentaqon) və Dövlət Departamentindəki bütün “qlobalistlər”in bu qurumlardan təmizləməli olduğunu bəyan edib.
"Bu nəsildə müharibəyə başlamayan yeganə prezident” kimi özünü xarakterizə edən keçmiş perzident Vaşinqtondakı bürokratların məsləhətlərini rədd edərək münaqişələrin qarşısını aldığını bildirib.
ABŞ administrasiyasının 2014-cü ildə Ukraynada baş verən qiyamları dəstəklədiyini bildirən Tramp yazıb: “Bizim ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland kimi Ukraynanı NATO-ya yaxınlaşdırmaq fikrində olan adamlarımız var”.
Tramp hesab edir ki, Amerikanın xarici siyasətində hökmran olan “korrupsioner qlobal nizam”dan qurtulmaq lazımdır.