22 Fevral 2023 09:54
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya silahlı qüvvələrinin baş qərargah rəisi Karel Reka Avropada müharibə ehtimalının az olmadığını, xüsusilə sülh dövründə adekvat hazırlıqların görülməli olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, baş qərargah rəisi buna sonra vaxtın qalmayacağını deyib.

NATO-ya üzvlüyün mümkün təhdidlərə qarşı ən mühüm çəkindirici amil olduğunu vurğulayan Reka alyansla Rusiya arasında baş verə biləcək müharibədə Çexiyanın birbaşa hədəf olacağını iddia edib.

Baş qərargah rəisi əlavə edib ki, Çexiya ordusunun döyüş qabiliyyəti təkmilləşdirilməli və inventar modernləşdirilməli, mümkün müharibəyə hazır olmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər