Fevralın 17-də Türkiyənin Elazığ vilayətində 4.6 bal gücündə zəlzələ baş vermişdi.
Teleqraf.com xəbər verir ki, episentri Yolüstü kəndi olan zəlzələ zamanı ölən və xəsarət alan olmamışdı.
Zəlzələdən sonra Yolüstü kəndində metrlərlə uzunluğunda yarığın əmələ gəldiyi görülüb.
İlkin araşdırmada çatın qırılma xəttində (fay xətti) mayeləşmənin olduğu müəyyən edilib. Bölgə sakinlərinin mobil telefon kameraları ilə çəkdirdiyi görüntülər görənləri dəhşətə gətirir.
Mütəxəssislər tərəfindən bölgədə ətraflı araşdırma aparılacağı bildirilib.