ABŞ vətəndaşı, milliyyətcə erməni olan Andre Xaçaturyan Rusiyada silah qaçaqmalçılığına görə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə qərar Moskva vilayətinin Ximki məhkəməsində verilib.
Xaçaturyan 2021-ci il dekabrında Los-Ancelesdən Moskvaya gələrkən Şeremetyevo hava limanında saxlanılıb. Onun bundan əvvəl İrəvanda olduğu bildirilib.
Gömrükçülər saxlanılan zaman üzərindən patronları olan “Glock 17” tapança götürüblər.
37 yaşlı Xaçaturyan qanunsuz silah alverində və silah qaçaqmalçılığında təqsirli bilinib.