“Avropa Birliyi Ukraynaya silah verirsə, Çin niyə Rusiyaya silah verməməlidir?”.
Teleqraf.com xəbər verir ki, bu sualı AB diplomatiyasının rəhbəri Jozef Borrelə Münhendə qeyri-rəsmi söhbəti zamanı Çin xarici işlər naziri Vanq Yi verib.
Bu barədə görüşdən sonra Borrelin özü məlumat verib.
“Yeri gəlmişkən, soruşdu ki, “Niyə narahat olursunuz, siz Ukraynaya silah verirsinizsə, biz niyə Rusiyaya silah verə bilərik”.
Mən ona böyük fərqi başa salmalı, Ukraynadakı müharibənin bizim üçün hansı təhlükə yaratdığını söyləməli idim”, - AB rəsmisi deyib.