22 Fevral 2023 16:30
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Kişinyov hava limanını işğal etməyi və öz ordusunu orada yerləşdirməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Moldova Baş naziri Dorin Reçan bildirib.

Baş nazirin iddiasına görə, Rusiyanın Moldovada sabitliyi pozmaq üçün bir neçə ssenarisi var. Reçan Ukrayna Prezidenti Vladimir Zelenskinin bu barədə rəsmi Kişinyovu məlumatlandırdığını bildirib.

Reçanın sözlərinə görə, Moldova hakimiyyəti bu cür çağırışlarla üzləşməyə hazırdır. O, məqsədlərinin ölkədə əmin-amanlığı və sabitliyi təmin etmək olduğunu vurğulayıb.

“Moldova Dnestryanı münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır, sülh və təhlükəsizliklə bağlı məqsədlərimizi razılaşdırmalıyıq”, - Reçan eyni zamanda Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasını dəstəklədiyini söyləyib.

Bundan əvvəl Moldova Prezidenti Maya Sandu bildirmişdi ki, Rusiya ölkəsində hakimiyyəti dəyişmək üçün diversiya qruplaşmaları yaradıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər