“Şiddətli zəlzələlərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyətinə son qoyacağını düşünmürəm”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Sankt-Peterburq şəhərindəki keçmiş konsulu Vardan Akopyan deyib.
Erməni siyasətçi Ərdoğanın hakimiyyətdə qalmasının ABŞ-ın da maraqlarına uyğun olduğunu, buna görə Vaşinqtondan təzyiqlərin gəlməyəcəyini iddia edib.
“Şiddətli zəlzələlərdən sonra Türkiyənin siyasətinin dəyişəcəyini düşünmürəm. İndi belə bir söz-söhbət gəzir ki, zəlzələ Ərdoğanın iqtidarına son qoyacaq, qarşıdakı seçkilərdə yenidən seçilə bilməyəcək. Mən belə düşünmürəm. Təbii ki, Ərdoğanın yenidən seçilməyəcəyi mənim üçün çox şübhəlidir. Amma Ərdoğanın seçilməyəcəyini güman etsək belə, Türkiyənin güclü xətti qalacaq”, - Akopyan bildirib.