22 Fevral 2023 19:56
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Dövlət Duması Kremlin Strateji Hücum Silahları Müqaviləsində (START) iştirakını dayandıran qanun qəbul edib.

Teleqraf.com xəbər verir ki, müvafiq sənəd fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin tərəfindən Dövlət Dumasına təqdim edilib.

Rusiyanın START-ı dayandırması haqqında qanun dərc edildiyi gündən qüvvəyə minəcək.

Qanunda həmçinin qeyd olunur ki, Rusiya Federasiyası ilə ABŞ arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında müqavilənin Rusiya tərəfindən bərpası barədə qərar Putin tərəfindən verilir.

İzahat qeydinə əsasən, 2010-cu il aprelin 8-də Praqada imzalanmış sazişdə nəzərdə tutulub ki, sazişin müddəalarına əməl olunmasına nəzarəti təmin etmək məqsədilə tərəflərin hər biri təftiş fəaliyyəti həyata keçirmək hüququna malikdir.

“Eyni zamanda, Birləşmiş Ştatlar bu fəaliyyət sahəsində müqavilə üzrə öhdəliklərini bilərəkdən yerinə yetirmir”, - sənəddə deyilir.

Bununla əlaqədar, “Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında” 15 iyul 1995-ci il tarixli 101-FZ nömrəli federal qanuna uyğun olaraq, Rusiya Prezidenti müqavilənin dayandırılması təklifi ilə çıxış edir, izahat qeydində qeyd olunub.

Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin Rusiyanın START-da iştirakını dayandırdığını, lakin müqavilədən çıxmadığını bildirmişdi.


Müəllif: Nemət

Oxşar xəbərlər