Ukraynada yeni hücum əməliyyatlarını dəstəkləmək üçün Rusiyanın lazımi döyüş gücü və mənbələri yoxdur. Fevralın əvvəlində rus qoşunları Luqansk, Donetsk və Zaporojye bölgələrində ən az dörd-beş istiqamətdə əməliyyatları aktivləşdirdilər, amma hələ də əhəmiyyətli bir uğura nail olmayıblar. Əvəzində hücumla paralel qaynaqları tükənməyə davam edir.
Teleqraf.com xəbər verir ki, bu haqda Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında deyilir.
Sənəddə Rusiyanın 300 mindən çox səfərbər edilmiş şəxsin 90 faizinin cəbhə xəttinə göndərildiyi deyilir.
Təhlilçilər qeyd edirlər ki, Kremlin bir il ərzində 800 tank itirməsi varədə statistikası düzgün deyil. ISW mütəxəssisləri rus qoşunlarına məxsus ən azı 1500, bəlkə də 2000-ə qədər tankın məhv edildiyini bildirirlər.
Analitiklər Rusiya müdafiə naziri Sergey Şoyqu iə “Vaqner” rəhbəri Priqojin arasındakı qarşıdurmanın gücləndiyini də vurğulayırlar.