Cənubi Koreyada son 3 ildə ölənlərin sayı doğulanların sayından yüksəkdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın Statistika Təşkilatı məlumat yayıb.
Bildirilib ki, 2022-ci ildə ölkədə 249 min uşaq anadan olub ki, bu da 2021-ci illə müqayisədə 4,4 faiz az göstəricidir.
2022-ci ildə həyatını itirənlərin sayı 2021 ilə müqayisədə yüzdə 17,4 faiz nisbətində artaraq 372 min 800 olub.
Buna görə ölənlərin sayı anadan olanların sayından 123 min 800 çox olub. 2038-ci ildə bu rəqəmin ən az 200 minə çatacağı gözlənilir.
Cənubi Koreyada yaşlanma təhlükəsi və doğumum dərəcələrinin azalmasının səbəbi, gənclərin ev almaması və həyatın yüksək dəyəri ilə məşğul olması, işsizlik və təhsil xərclərinin artmasıdır.
2020-ci ildən bəri Cənubi Koreyada ölənlərin sayı doğuş sayından çoxdur. 2021-ci ildə Cənubi Koreyada “dünyada ən aşağı doğuş nisbəti olan ölkə” kimi qeydə alınıb.