23 Fevral 2023 11:14
1 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox sayda insanımızın həyatını itirdiyi Türkiyənin Kahramanmaraş vilayətindəki zəlzələlərdən sonra başlayan axtarış-xilasetmə işlərinə İsraildən də dəstək gəlib. İsrail xilasetmə işlərinə mülki və hərbi qruplarla qatılıb.

Teleqraf.com xəbər verir ki, israilli xilasedicilər işlərini bitirdikdən sonra ölkələrinə qayıdıblar.

Türkiyə haqda xatirələrindən birini cibindən çıxardığı qəpiklə danışan xilasetmə komandasının komandiri Qolan Vaçın sözləri dinləyən hər kəsi duyğulandırıb.

İsrailli komandir pulun hekayəsini belə danışıb:

“Otuz saatlıq mübarizədən sonra tunelin sonunda bir uşaq göründü. Xilasedicilər əlləri ilə uşağın üzərini örtən betonu təmizlədilər. Komandadakı dostlarımızdan biri iki il əvvəl övladını itirmişdi. Bu dostumuz əvvəlcə uşağın başını sığalladı, sakitləşməsinə kömək etdi. Sonra bütün dünyada hər bir uşağın başa düşə biləcəyi bir dildə onun üçün mahnı oxumağa başladı. Doğuluş kimi idi, uşağın dağıntılar altından çıxarılması prosesi başladı. Uzun çəkən xilasetmə prosesində uşaq son dərəcə güclü görünürdü. Nəhayət, balaca qızı beton və dəmir qalaqlarının arasından çıxardılar. Hamımızın gözündə yaş vardı.

Dağıntılar altından çıxarıldıqdan sonra uşağın əmisi yanımıza gəlib bu pulu bizə verdi. Bu adi bir qəpikdir, böyük dəyəri yoxdur. Əmisinin dediyinə görə, yerli adət-ənənələrdə bu qəpik uşaq dünyaya gətirən qadına verilir. Ancaq doğuş çətin olarsa, bu pul doğuma kömək edən mamaçaya verilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər