Rusiyanın Su-25 qırıcısı Ukrayna sərhədində qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Hərbi Hava Qüvvələrinə məxsus Su-25 model döyüş təyyarəsinin döyüş tapşırığını yerinə yetirdikdən sonra Belqorod vilayətindəki hərbi bazaya qayıdarkən qəzaya uğradığı və pilotun öldüyü bildirilib.
Açıqlamada təyyarənin boş əraziyə düşdüyü və hadisə yerində heç bir dağıntı olmadığı vurğulanıb. İlkin məlumatlara görə, qəzaya səbəb texniki nasazlıq olub.