İranda helikopterin qəzaya uğraması nəticəsində gənclər və idman nazirinin müşaviri ölüb, 12 nəfər yaralanıb.
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kerman əyalətinin icra hakimiyyətinin başçısı Məhəmməd Mehdi Fədakar bildirib.
Onun sözlərinə görə, yaralıların vəziyyəti sabitdir.
***
İranın gənclər və idman naziri Həmid Saccadinin göyərtəsində olduğu helikopter qəzaya uğrayıb.
Teleqraf.com İRNA-ya istinad xəbər verir ki, hadisə bu gün Kerman əyalətinin Baft şəhərində baş verib, helikopter eniş zamanı idarəetməni itirib.
Həmid Səccadi yaralı vəziyyətdə yüngül zədə ilə hospitala yerləşdirilib.
Naziri helikopterin göyərtəsində İran Voleybol Federasiyasının başçısı Pursalman müşayiət edirmiş.
Məlumata görə, helikopterin göyərtəsində 16 sərnişin olub.