Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə səfərdə olan İspaniya Baş naziri Pedro Sançezlə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram”da bildirib.
Zelenski Pedro Sançezin 24 fevral ərəfəsində - müharibənin ildönümündə Kiyevə səfər etdiyinə diqqət çəkib və əlavə edib ki, Ukrayna və İspaniya Ukraynanın, bütün Avropanın azadlığını birlikdə müdafiə etməyə davam edəcəklər.