Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson NATO-nun baş katibi olmaq istədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bunu o, cümə axşamı Rada telekanalının efirində ukraynalı jurnalistlərin Alyansa rəhbərlik perspektivi ilə bağlı sualını cavablandırarkən deyib.
"Yaxşı fikirdir. Elan etməliyəm ki, belə bir fikrim var. Mən özümü namizəd kimi görürəm. Bu, çox yaxşı mövqedir, vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür”, - Conson vurğulayıb.