24 Fevral 2023 09:30
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Ukraynadakı müharibə ilə bağlı “sülh planı” təqdim edib.

Teleqraf.com xəbər verir ki, Pekin müharibəni “Ukrayna böhranı” adlandırıb.

Çin Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəd 12 bənddən ibarətdir:

“Bütün ölkələrin suverenliyinə hörmət; soyuq müharibə zehniyyətindən imtina; hərbi əməliyyatların dayandırılması; sülh danışıqlarının bərpası; humanitar böhranın həlli; mülki əhalinin və hərbi əsirlərin müdafiəsi; atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsi; strateji risklərin azaldılması; taxıl ixracının təşviqi; birtərəfli sanksiyaların dayandırılması; istehsal və tədarük zəncirlərinin sabitliyinin qorunması; münaqişədən sonrakı yenidənqurmanın təşviqi”.

Eyni zamanda, atəşkəsə necə nail olunması barədə dəqiq tövsiyələr yoxdur. Orada yalnız qeyd olunur ki, bütün tərəflər vəziyyətin tədricən deeskalasiyası və son nəticədə hərtərəfli atəşkəsə nail olmaq üçün eyni istiqamətdə işləmək və birbaşa dialoqu mümkün qədər tez bərpa etmək üçün Rusiya və Ukraynaya dəstək verməlidir.

Soyuq müharibə təfəkküründən imtina ilə bağlı bənddə isə ÇXR bildirib ki, ölkənin təhlükəsizliyi başqalarının hesabına təmin edilməməlidir:

“Bütün ölkələrin qanuni təhlükəsizlik maraqları və narahatlıqları ciddi qəbul edilməli və onlara diqqət yetirilməlidir. Bütün tərəflər ümumi hərtərəfli, əməkdaşlıq və davamlı təhlükəsizlik vizyonuna əməl edərək dünyada uzunmüddətli sülh, sabitliyi nəzərə alaraq, tarazlaşdırılmış, effektiv, davamlı Avropa təhlükəsizlik arxitekturasının yaradılmasına töhfə verməlidirlər”.


Müəllif: Nemət

Oxşar xəbərlər