İsrail, Yunanıstan və ABŞ-ın quru qoşunlarının Qərbi Trakyada keçirdiyi birgə hərbi təlim başa çatıb.
Teleqraf.com xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada İsrail, Yunanıstan və ABŞ quru qüvvələrinin təlimdə bir çox ssenariləri simulyasiya etdikləri bildirilib.
Təlimin müxtəlif sahələri əhatə etdiyi, o cümlədən insanların sıx məskunlaşdığı ərazilərdə qarşıdurmalar və müharibə zamanı maddi-texniki təminat, gecə döyüşləri, artilleriya və sərhəd mühafizəsi, hərbi innovasiyalar və peşəkar beynəlxalq dialoqun idarə olunmasının diqqət mərkəzində olduğu vurğulanıb.
Qeyd edilib ki, təlim regional təhlükələrlə mübarizə imkanlarını inkişaf etdirmək və gücləndirmək məqsədilə ordular arasında əlaqələrdə fundamental və mühüm mexanizmdir.
İsrailin Afinadakı hərbi attaşesi Tal Vallenberq də bu təlimin Yunanıstan quru qoşunları ilə mühüm əlaqələrin və əməkdaşlığın davam etdirilməsinin əksi olduğunu deyib.