Yunanıstanın keçmiş baş qərargah rəisi, admiral Yevangelos Apostolakis Türkiyəyə qarşı təxribatçı açıqlaması ilə gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin zəlzələlərdən necə təsirləndiyinin müzakirə edildiyi bir televiziya proqramında Apostolakis ABŞ-ın iki ölkə arasındakı diplomatik səylərini dəyərləndirib.
Türkiyədəki seçkilərdə hökumətin dəyişməsini gözlədiyini deyən admiral zəlzələ fəlakətinin yaşandığı vaxtda müharibəyə səbəb ola biləcək çağırış edib. O, Yunanıstanın ərazi sularının 12 milə çatdırılmalı olduğunu və bunun üçün ən uyğun zamanın indi yetişdiyini bildirib.
Türkiyə və Yunanıstanın Egey dənizindəki ərazi sularının hazırkı uzunluğu hər biri 6 dəniz milidir.
Türkiyə Böyük Millət Məclisi 1995-ci ildə qəbul etdiyi qərarla Yunanıstanın ərazi sularının 12 milə qədər uzadılmasını müharibə səbəbi kimi qəbul edəcəyini bəyan edib.