24 Fevral 2023 16:44
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibi Yens Stoltenberq ötən həftə Ankaraya səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla martın ortalarında Brüsseldə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli görüş keçirmək barədə razılığa gəldiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, alyans rəhbəri iki ölkənin üzvlük prosesində irəliləyişlər olduğunu bildirib.

“Keçən həftə Ankarada Prezident Ərdoğanla yaxşı görüşüm oldu. Danışıqların bərpası və martın ortalarında NATO-nun mənzil-qərargahında mənim vasitəçiliyimlə keçən il iyun ayında Finlandiya, İsveç və Türkiyə arasında imzalanmış sazişin həyata keçirilməsinə dair üçtərəfli görüşün keçirilməsi və üzvlük prosesinin necə başa çatdırılması barədə razılığa gəldik”, - Stoltenberq deyib.

Türkiyənin Finlandiyanın üzvlüyünə müsbət baxdığını və İsveçlə bağlı bəzi məsələlərin olduğunu söyləyən NATO baş katibi bu iki ölkənin üzərinə düşənləri etdiyini və üzvlük müraciətlərinin təsdiq edilməsinin vaxtının gəldiyini vurğulayıb.

Stoltenberq Macarıstan parlamentinin iki ölkənin üzvlük müraciətlərinin təsdiqi üçün gələn həftə müzakirələrə başlayacağını və bundan məmnun olduğunu, Finlandiya və İsveçin ən qısa vaxtda üzvlüyü hədəflədiklərini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər