Rusiya azad ukraynalıların iradəsini qıra bilmədiyi üçün Ukraynada qalib gələ bilməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ukrayna müharibəsinin ildönümü ilə bağlı verdiyi bəyanatda bildirib.
“Bu gün mən bir il əvvəl Rusiya Ukraynanı işğal edəndə dediklərimi təkrarlayacağam. İmperatorluğu yenidən qurmaq istəyən diktator heç vaxt insanların azadlıq sevgisini məhv etməyəcək”, - o yazıb.
Bayden Rusiyanın Ukraynada qalib gələ bilməyəcəyini vurğulayıb.
“Qəddarlıq heç vaxt azad insanların iradəsini incitməyəcək”,- deyə ABŞ prezidenti bildirib.