Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Silahlı Qüvvələrinin ölkəyə hücumunun ildönümü ilə bağlı mətbuat konfransı keçirir.
Teleqraf.com xəbər verir ki, konfrans “Fevral. Yenilməzlik ili" adlanır.
Zelenski bildirib ki, bu il qələbə olacağına əmindir.
“2023-cü ildə qələbəni şərtləndirən amil: Qərb tərəfdaşları da daxil olmaqla hamı öz “ev tapşırığını” tam yerinə yetirsin”, - deyə Zelenski bildirib