25 Fevral 2023 13:47
3 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko fevralın 28-dən martın 2-dək Çinə səfər etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, Belarus başçısının səfər proqramına Çin lideri Si Cinpinlə görüş də daxildir.

Səfərdə əsas diqqət ticarət-iqtisadiyyat, investisiya və humanitar əməkdaşlığın inkişafı, birgə irimiqyaslı layihələrin həyata keçirilməsi, siyasi sahədə qarşılıqlı fəaliyyət, mövcud beynəlxalq vəziyyətdə ən kəskin çağırışlara birgə cavab məsələləri olacaq.

Səfər çərçivəsində Çin rəsmiləri və yerli şirkətlərin rəhbərləri ilə də bir sıra görüşlər nəzərdə tutulub.

Çin-Belarus münasibətlərinin inkişafına dair sənədlər paketinin imzalanması da planlaşdırılır.

Lukaşenko bundan əvvəl bildirib ki, Ukrayna münaqişəsi ilə bağlı Çinin mövqeyi diqqətdən kənarda qalmamalıdır. Onun sözlərinə görə, Çin təklif olunan addımların nəticə verəcəyini gözləyir, əks halda bunlar baş verməzdi. Belarus lideri onu da əlavə edib ki, bu gün dünyada heç bir problem Pekinin iştirakı olmadan həll edilə bilməz.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər