Rusiya müdafiə naziri Sergey Şoyqunun ailəsində qalmaqal yaşanır.
Teleqraf.com xəbər verir ki, nazirin qızı Kseniya Şoyqunun həyat yoldaşı, idman bloqçusu Aleksey Stolyarov sosial şəbəkədə anti-müharibə postunu dəstəkləyib.
Söhbət İnstaqram səhifəsində Rusiyanın Ukraynadakı işğalının ildönümündən əvvəl Kiyevə dəstək paylaşımı edən rusiyalı jurnalist Yuri Dudinin qeydlərindən gedir.
“Ukrayna xalqı və bu müharibəyə qarşı çıxan Rusiya, Belarus və digər ölkələrdən olan bütün insanlarla mümkün olan ən qısa zamanda şər üzərində qələbəni dəstəkləyirik”, - Dudin yazıb.
Bu sözlər Şoyqunun kürəkəni tərəfindən bəyənilib. Bundan başqa, Stolyarov buna görə ona etiraz edənlərə təhqiredici cavablar verib.