Belarus Prezidenti Aleksandr Lukaşenko dünən - Rusiyanın Ukraynaya qarşı müharibəsinin ildönümündə rus həmkarı Vladimir Putinlə uzun söhbət edib.
Teleqraf.com xəbər verir ki, liderlər arasında söhbət fevralın 24-ü axşam saatlarında olub.
Belarus rəhbəri “gizli” şəkildə Putinlə çox yaxın münasibətdə olduğunu deyib:
“Bir sirr açacam, dünən axşam onunla müxtəlif mövzularda uzun-uzadı söhbət etdik. Qulaq asın, Tanrı həmişə münasibətlərimizi belə saxlasın. Məndən sonra da belə olsun”.